• İQTİSADİYYAT

    13:02 29 aprel 2019

Xorvatiya İqtisadiyyat Palatasının vitse-prezidenti: "Biznes forum ikitərəfli əməkdaşlığı daha da genişləndirəcək"

Xorvatiya və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 405 mln. ABŞ dolları təşkil edib. ONA-nın xəbərinə görə, bunu Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxış edən Xorvatiya İqtisadiyyat Palatasının vitse-prezidenti Tomislav Radoş deyib.

Onun sözlərinə görə, bu rəqəmin son illər ərzində artmasına baxmayaraq, o hələ istənilən səviyyədən xeyli aşağıdır.

"Bizim Azərbaycandan idxal etdiyimiz məhsulların sayı da artıb. Bu əməkdaşlığımızın daha da genişləndirilməsi üçün istərdik ki, Azərbaycan və Xorvatiya şirkətləri arasında daha sıx əməkdaşlıq olsun. Əczaçılıq, İKT və kənd təsərrüfatı sahəsində böyük imkanlar var. Potensial sahələr sırasında həmçinin kimya sənayesi, kənd təsərrüfatının mexanikləşdirilməsi, mexaniki mühəndislik və turizm yer alır", - deyə T. Radoş deyib.

Xorvatiya İqtisadiyyat Palatasının rəsmisi onu da vurğulayıb ki, Bakıda keçirilən biznes forum ikitərəfli əməkdaşlığı daha da genişləndirəcək.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR