Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 25 il ərzində alınan qazın 44 mlrd. kubmetri Azərbaycana təmənnasız ötürülüb.
ONA-nın məlumatına görə, bu barədə Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən BP şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Onun sözlərinə görə, 25 il ərzində AÇG-dən 3,5 mlrd. barel neft hasil edilib. Bu illərdə blokun inkişafına 36 mlrd. ABŞ dolları məbləğində investisiya yatırılıb.