• İQTİSADİYYAT

    17:44 2 aprel 2019

"Diqlas"da yanğından zərər çəkmiş 20-ə yaxın sahibkar ticarət mərkəzlərində yerlə təmin olunub

Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 8 ticarət mərkəzi təklif olunub.

Nazirlikdən ONA-ya verilən məlumata görə, artıq 20-ə yaxın sahibkar 5 ay icarə haqqı ödəməmək şərti ilə “Aygün” və “Sədərək” ticarət mərkəzlərində, Dərnəgül şosesində yerləşən “Eurohome” tikinti bazarında ticarət obyektləri ilə təmin olunub.

Sahibkarların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam etdirilir.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR