Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısına daha biri əlavə olunub.
Nazirlikdən ONA-ya verilən məlumata görə, bununla da, zərər çəkən sahibkarlara müvafiq yerlər təqdim edilən ticarət mərkəzlərinin sayı 8-ə çatıb. Belə ki, sahibkarlara Ziya Bünyadov prospekti, Böyük Şor, 13 ünvanında yerləşən “İmperial” ticarət mərkəzində – 10 obyekt, 1 250 kv. m. (əlaqələndirici şəxs: Yaşar Teymurov: 050 299-04-09), Bakıxanov qəsəbəsi, “Aygün” ticarət mərkəzi, 5-ci mərtəbə – 80 obyekt, 6 000 kv. m. və “Meqasiti” ticarət mərkəzi - 250 obyekt, 12 000 kv. m. (hər iki ticarət mərkəzində əlaqələndirici şəxs Araz Rəhimov - 050 215-43-43), Dərnəgül şosesində yerləşən “Eurohome” tikinti bazarında ümumi sahəsi 50-100 kv. m arasında dəyişən 30 mağaza (İlyas Möhnətov - 055 297-11-11), Təbriz küçəsində yerləşən “Eurohome Express”də yerləşən geyim və xırdavat satışı üçün nəzərdə tutulan ümumi sahəsi 40-60 kv. m arasında dəyişən 50 mağaza. (Rauf Əliyev - 050 796-55-55), “Sədərək” ticarət mərkəzində ümumi sahəsi 30 kv. m olan 20 mağaza və 200 kv. m olan 5 anbar. (Fərid Mahmudov - 050 211-81-89, Qabil Nəhmədov - 050 213-33-68), “AF-COM” Plazada yerləşən geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 6 000 kv.m olan qapalı sahə (Rauf Əliyev - 055 313-81-18) və S.Vurğun küçəsində yerləşən “AF-Center” ticarət mərkəzində tikinti materialları və geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 20-50 kv. m arasında dəyişən 50 mağaza (Şamil İsmayılov - 050 725-06-60) təklif olunur.