Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2019-cı ilin fevral ayının 1-nə 23 679,3 mln. manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 924,5 mln. manat və ya 33,5% çoxdur.
Mərkəzi Bankdan ONA-ya verilən məlumata görə, ötən ilin dekabr ayı ilə müqayisədə yanvarda geniş mənada pul kütləsi 381,1 mln. manat və ya 1,58% azalıb.
Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Eyni zamanda, manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 1 mln 689,0 mln. manat və ya 13,76% artaraq fevralın 1-nə 13 961,7 mln. manat olub, ötən ilin dekabr ayı ilə müqayisədə isə 681,9 mln. manat və ya 4,65% azalıb.