• İQTİSADİYYAT

    18:11 11 mart 2019

Yanvarda ümumi kredit qoyuluşunun 82%-dən çoxu Bakı şəhərinin payına düşüb - TƏHLİL

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2019-cu ilin fevral ayının 1-nə 12 mlrd. 884 mln. 653,3 min manat təşkil edib ki, bunun da 82,11%-i və ya 10 mlrd. 579 mln. 815,1 min manatı Bakı şəhərinin payına düşüb.

ONA-nın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının regionlar üzrə kredit qoyuluşu siyahısına nəzər salanda məlum olur ki, bu göstərici üzrə ikinci yerdə Aran iqtisadi rayonu qərarlaşıb. Belə ki, bu ilin ilk ayında Aran iqtisadi rayonuna kredit qoyuluşu 576 mln. 296,3 min manat təşkil edib. Bu ümumi kredit qoyuluşunun 4,47%-i deməkdir.

Kredit qoyuluşunun həcminə görə, sonrakı yerdə 3,91%-lik payla Abşeron iqtisadi rayonu gəlir. Bu ilin fevral 1-nə bu iqtisadi rayona 503 mln. 842,2 min manat həcmində kredit qoyulub.

Kredit qoyuluşunun 3,74%-i Gəncə-Qazax iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, bu ilin yanvar ayında Gəncə-Qazax iqtisadi rayonuna 483 mln. 158,0 min manatlıq kredit qoyulub.

Bu ilin ilk ayında sonrakı yerdə olan Lənkəran iqtisadi rayonuna 213 mln. 235,4 min manatlıq kredit qoyulub ki, bu da kredit qoyuluşunun 1,65%-ni təşkil edir.

Kredit qoyuluşunun 1,27%-i Quba-Xaçmaz iqtisadi rayonunun payında düşüb. Bu ilin ilk ayında Quba-Xaçmaz iqtisadi rayonuna 163 mln. 904,7 min manatlıq kredit qoyulub.

Kredit qoyuluşuna görə sonrakı yerdə Şəki-Zaqatala iqtisadi rayonu gəlir. Bu ilin yanvar ayında Şəki-Zaqatala iqtisadi rayonuna 154 mln. 660,2 min manatlıq kredit qoyulub ki, bu da ümumi kredit qoyuluşunun 1,2%-i deməkdir.

Ötən ay Naxçıvan iqtisadi rayonuna isə 99 mln. 399,7 min manatlıq kredit qoyulub. Bu, ümumi kredit qoyuluşunun 0,77%-ni təşkil edir.

Novbəti yerdə olan Dağlıq Şirvan iqtisadi rayonu üzrə isə kredit qoyuluşunun həcmi 0,47% təşkil edir. Bu ilin birinci ayında Dağlıq Şirvan iqtisadi rayonuna 60 mln. 882,1 min manatlıq kredit qoyulub.

Ən az kredit qoyuluşu isə Yuxarı Qarabağ iqtisadi rayonu üzrə həyata keçirilib. Hesabat dövründə Yuxarı Qarabağ iqtisadi rayonuna kredit qoyuluşu 0,38% təşkil edib ki, bu da 49 mln. 492,6 min manat deməkdir.

Kəlbəcər-Laçın iqtisadi rayonuna isə kredit qoyuluşu olmayıb.

Regionlar üzrə verilən kreditlərin orta faiz dərəcəsinə gəlincə, ən bahalı kreditlər Yuxarı Qarabağ iqtisadi rayonunun payına düşüb. Bu iqtisadi rayon üzrə verilən kreditlərin orta faiz dərəcəsi 25,2% təşkil edib. Hesabat dövründə ölkədə ən aşağı faizlə kreditlər Bakı şəhərində verilib. Paytaxtda orta kredit faizi 10,1% olub. İqtisadi rayonlar arasında orta faiz dərəcəsinə görə ən aşağı göstərici Naxçıvanda qeydə alınıb. Burada verilən kreditlərin orta faiz dərəcəsi 9,9%-ə bərabər olub.

Regionlarda kreditlərin orta faiz dərəcəsi

Regionların adı

Cəmi (min manatla)

Orta faiz dərəcəsi

1

Azərbaycan Respublikası

12884653,3

11,9

2

Bakı şəhəri

10579815,1

10,1

3

Aran iqtisadi rayonu

576296,3

23,4

4

Abşeron iqtisadi rayonu

503842,2

16,6

5

Gəncə-Qazax iqtisadi rayonu

483158,0

19,9

6

Lənkəran iqtisadi rayonu

213235,4

22,5

7

Quba-Xaçmaz iqtisadi rayonu

163904,7

20,7

8

Şəki-Zaqatala iqtisadi rayonu

154660,2

20,4

9

Naxçıvan iqtisadi rayonu

99366,7

9,9

10

Dağlıq Şirvan iqtisadi rayonu

60882,1

23,9

11

Yuxarı Qarabağ iqtisadi rayonu

49492,6

25,2

12

Kəlbəcər-Laçın iqtisadi rayonu

0,0

0,0

Nicat

Teqlər:

SON XƏBƏRLƏR