• İQTİSADİYYAT

    18:41 26 aprel 2019

"Yapı Kredi Bank Azərbaycan"ın aktivləri azalıb

"Yapı Kredi Bank Azərbaycan" bu ilin birinci rübünün yekunlarına dair maliyyə hesabatını açıqlayıb.

ONA bankın maliyyə hesabatına istinadən xəbər verir ki, hesabat dövründə bankın aktivləri ötən ilin ilk rübü ilə müqayisədə 6% azalaraq 385,160 mln. manat təşkil edib.

Yanvar-mart aylarında bankın öhdəlikləri 10% azalaraq 305,131 mln. manat, cəmi kapitalı isə 9% azalaraq 385,160 mln. manat olub.

Bu ilin 1-ci rübündə bankın faiz gəlirləri 1% azalaraq 8,360 mln. manat, faiz xərcləri 51% azalaraq 0,744 mln. manat, xalis faiz gəliri 10% artaraq 7,616 mln. manat, qeyri-faiz gəlirləri 12% azalaraq 3,598 mln. manat, qeyri-faiz xərcləri isə 7% azalaraq 7,015 mln. manat təşkil edib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR