• İQTİSADİYYAT

    14:16 9 mart 2019

Yardımçı vəzifələrdə çalışan dövlət qulluqçularının maaşı artırılıb

Prezident İlham Əliyev “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.

ONA-nın məlumatına görə, sərəncama əsasən, dövlət orqanlarında (Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəlikləri, konsulluqları və digər orqanların nümayəndəlikləri istisna olmaqla) qulluq edən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği yardımçı vəzifələr üçün 165 manatdan 200 manata qaldırılıb.

Beləliklə, bu aydan yardımçı vəzifələrdə çalışan və 165 manat aylıq vəzifə maaşı alanlar 200 manat, 170 manat alanlar 205 manat, 175 manat alanlar 210 manat, 185 manat alanlar 215 manat maaş alacaqlar.

Bu sərəncam 2019-cu il martın 1-dən tətbiq edilir.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR