• İQTİSADİYYAT

    14:26 6 mart 2019

“Yaşıl dəhliz” istifadəçisi hüququ nə zaman ləğv oluna bilər?

“Yaşıl dəhliz” istifadəçisi bu hüququn ləğv olunması barədə gömrük orqanlarına ərizə təqdim etdikdə ləğv edilə bilər.

ONA xəbər verir ki, bu barədə Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi Ticarətin Asanlaşdırılması İdarəsinin rəisi Ceyhun Nəcəfli deyib. Onun sözlərinə görə, həmçinin “Yaşıl dəhliz” istifadəçisi hüququ almaq üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatlar aşkarlanarsa, bu hüquq gömrük orqanları tərəfindən ləğv olunur.

İdarə rəisi bildirib ki, hüquqi şəxs ləğv olunduqda, yaxud fiziki şəxs məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildikdə də “Yaşıl dəhliz” istifadəçisi hüququ ləğv edilir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR