Azərbaycanda daha bir sığorta şirkətinə lisenziya verilib. ONA-nın etibarlı mənbədən aldığı məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatası “Xalq Həyat Sığorta” şirkətinə yeni lisenziya verib.
Bundan başqa, sözügedən şirkətə yeni sədr də təyin olunub. Belə ki, “Xalq Sığorta” şirkətinin sədr müavini Roman Vəliyev “Xalq Həyat Sığorta”nın sədri vəzifəsinə təyin edilib.