“Kaspersky Lab” şirkətini rəhbəri Yevgeni Kasperski aprel ayının əvvəli Azərbaycana səfər edəcək. Bu barədə ONA-ya şirkətin baş ofisindən bildirilib.
"Şirkət rəhbərinin səfəri ilə bağlı gündəlik hazırda hazırlanma mərhələsindədir. O, Bakıda keçiriləcək tərəfdaşlarla görüşdə iştirak edəcək", - deyə şirkətdən bildirilib.
Qeyd edək ki son dəfə Y. Kasperski Bakıya 2017-ci ilin iyun ayında səfər edib. Səfəri çərçivəsində o, Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra dövlət qurumu ilə görüşlər keçirib. Görüşlərdə nəqliyyat, energetika, təhsil də digər sahələr üzrə informasiya təhlükəsizliyi ilə bağlı əməkdaşlığa dair müzakirələr aparılıb.