• İQTİSADİYYAT

    15:20 11 aprel 2019

Yevgeni Kasperski: "Azərbaycanda kibercinayətkarlar fişinqdən daha çox istifadə edirlər"

Fişinq Azərbaycanda kibercinayətkarlar tərəfindən kifayət qədər yayılmış bir hücum növüdür və istifadəçilərə hətta dostlar və tanışlar tərəfindən göndərən link və faylları açmazdan öncə daha diqqətli olmaları tövsiyə olunur. Bunu ONA-ya şirkətin baş direktoru Yevgeni Kasperski deyib.

Onun sözlərinə görə, internetin heç bir sərhədi olmadığı üçün ümumi kibertəhlükə mənzərəsi eynən Azərbaycana da aiddir: "Bu sahədə maynerlər əsas yer tutacağı ehtimal olunur. Bundan başqa, mobil zərərəvericilərin, eləcə də bank troyanlarının da sayı artacaq. Şifrələyicilərin sayı isə əksinə tədricən azalmağa doğru gedəcək”.

Şirkət rəhbərinin sözlərinə görə, kiçik, orta və böyük biznesin təhlükəsizliyində zəif bənd həmişə olduğu kimi insan faktorudur.

“Demək olar ki, bütün hücumlar fişinq məktubundan başlayır. Bu göndərişlərdə zərərli əlavə və link olur. Faylı açarkən və yaxud linkə klikləyərkən əməkdaş bütün şirkəti təhlükə altına atır. Məhz buna görə də biznes əməkdaşlarının kibersavadlılığının artırılması ən vacib elementlərdən biri sayılır. Bu məsələ ötən həftə Bakıda keçirilən tərəfdaşlıq konfransında ətraflı müzakirə olunub”, - deyə Y. Kasperski qeyd edib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR