• İQTİSADİYYAT

    11:17 3 aprel 2019

Yevgeni Kasperski Azərbaycana gəlib

“Kaspersky Lab” şirkətinin rəhbəri Yevgeni Kasperski Azərbaycanda səfərdədir. Bu barədə ONA-ya şirkətin baş ofisindən bildirilib.

"Yevgeni Kasperski Bakıda keçiriləcək tərəfdaşlarla görüşdə iştirak edəcək", - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, sonuncu dəfə Y. Kasperski Bakıya 2017-ci ilin iyun ayında səfər edib. Səfər çərçivəsində o, Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra dövlət qurumu ilə görüşlər keçirib. Görüşlərdə nəqliyyat, energetika, təhsil və digər sahələr üzrə informasiya təhlükəsizliyi ilə bağlı əməkdaşlığa dair müzakirələr aparılıb.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR