• İQTİSADİYYAT

    17:04 25 fevral 2019

Yusif Səfərov küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Yusif Səfərov küçəsində rənglənmə işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ONA-ya verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı şəhəri Yusif Səfərov küçəsinində bu gecə saat 23:00-dan səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar avtomobillərin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR