• İQTİSADİYYAT

    16:50 17 may 2019

Zaqatalada ilk startap turu keçirilib

Zaqatala şəhərində “I2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində ilk startap turu keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ONA-ya verilən məlumata görə, startap turuna Zaqatala ilə yanaşı, Qax, Balakən, Biləsuvar, Zərdab, Ağcabədi, Oğuz, Ağdam və Şəki şəhərlərindən 100-dən çox iştirakçı qatılıb.

Tədbirin interaktiv hissəsində ideyası olan iştirakçılardan ibarət komanda formalaşdırılıb və komandalar peşəkar mentorlar tərəfindən müsabiqəyə hazırlanıb.

Mütəxəssislərdən ibarət münsiflər Zaqatala şəhəri üzrə I, II və III yerlərin qaliblərini müəyyənləşdiriblər.

Müsabiqədə I, II və III yerlərə müvafiq olaraq “Səyyar kinoteatr”, “Tourism Education Center” və “Events Under Stars” layihələri layiq görülüb. Tədbirin yekununda qaliblər təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılıblar.

Qeyd edək ki, respublikanın rayon və şəhərləri üzrə startap turlarının qalibləri Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanır.
Finalçılar və hər region üzrə I yerin qalibləri isə dekabr ayında keçiriləcək “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində öz layihələrini iştirakçılara və eyni zamanda investorlara təqdim etmək şansı qazanacaqlar.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR