• İQTİSADİYYAT

    17:54 26 aprel 2019

"Ziraat Bank Azərbaycan"ın mənfəəti 43% azalıb

“Ziraat Bank Azərbaycan”ın mənfəəti azalıb.

ONA bankın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən ilin 1-ci rübü ilə müqayisədə bankın xalis mənfəəti 43,32% azalaraq 959 min manat olub.

"Zıraat Bank Azərbaycan"nın cəmi aktivləri ötən ilin 1-ci ayı ilə müqayisədə 1,3% azalaraq 219,739 mln manat təşkil edib. Son 1 ildə bankın kredit portfeli 37,8% artaraq 109,396 mln manat təşkil edib.

Cari ilin yanvar-mart aylarında "Zıraat Bank Azərbaycan"ın cəmi öhdəlikləri 2,4% azalaraq 150,925 mln manata, depozit portfeli isə 16,9% azalaraq 74,039 mln manata enib.

Bu ilin 1-ci rübündə "Zıraat Bank Azərbaycan"ın faiz gəlirləri 32,5% artaraq 4,445 mln manat, faiz xərcləri 5.3% artaraq 1,144 mln manat, qeyri-faiz gəlirləri 45% azalaraq 693 min manat, qeyri-faiz xərcləri isə 6% artaraq 1,696 mln manat olub.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR