• MƏDƏNİYYƏT

    03:05 26 may 2019

72-ci Kann Festivalının baş mükafatını cənubi koreyalı rejissor qazanıb

72-ci Kann Film Festivalının əsas mükafatçısı - "Qızıl Palma"nın sahibi məlum olub.

ONA Rusiya KİV-ə istinadla xəbər verir ki, cənubi koreyalı rejissor Pon Cun Ho ekranlaşdırdığı "Parazitlər" filminə görə bu mükafata layiq görülüb.

“Qızıl Palman”ı Pon Cuna məşhur fransalı aktrisa Katrin Denev təqdim edib.


Qeyd edək ki, sözügedən film son dərəcə iztirablar içində yaşayan yoxsul bir Koreya ailəsindən bəhs edir.

Kann Festivalında digər nominasiyalar üzrə qalibləri də elan edilib.

Festivalda “Ən yaxşı kişi rolu” üçün mükafatı Antonio Banderas, “Ən yaxşı rejissor işi” üçün mükafat Belçikalı Dardenne qardaşlarına verilib.

“Ən yaxşı qadın aktrisa” mükafatına isə Emili Biçem layiq görülüb.

Festivalda "Atlantika" filminin rejissoru Mati Diop da mükafatlandırılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR