Milli Dram Teatrında “12-ci gecə, yaxud hər nə istəsəniz” tamaşasının premyerası olub
  • MƏDƏNİYYƏT

  • 11:24 07 Mart 2019

Milli Dram Teatrında “12-ci gecə, yaxud hər nə istəsəniz” tamaşasının premyerası olub

Akademik Milli Dram Teatrında Uilyam Şekspirin “12-ci gecə, yaxud hər nə istəsəniz” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub. 

Teatrın mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru, rəssamı və musiqi tərtibatçısı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Ceyran Həsənli, vokal üzrə repetitoru Zeynəb Safina, video vizualizasiya rəssamları Fərid Əhmədov və Azər Süleymanovdur.

Səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov, Anar Heybətov, aktyorlar Elnar Qarayev və Vüsal Məmmədov, əməkdar artist Ayşad Məmmədov, aktyor Ziya Ağa, əməkdar artist Aslan Şirin, aktyorlar Vüsal Mustafayev və Rəşad Bəxtiyarov, əməkdar artist Məsmə Aslanqızı, aktyorlar İlahə Həsənova, Nigar Güləhmədova, Xədicə Novruzlu və Əlif Cahangirov çıxış edir.

 

OXŞAR XƏBƏRLƏR