• MƏDƏNİYYƏT

    18:47 6 mart 2019

Akademik Musiqili Teatr Prezidentə müraciət ünvanlayıb

Martın 6-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında kollektivin geniş heyətdə yığıncağı keçirilib.

ONA xəbər verir ki, tədbirdə çıxış edənlər teatra “Akademik” status verilməsi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd olunub ki, Azərbacan mədəniyyətinə, incəsənətinə, incəsənət xadimlərinə daim qayğı göstərən Prezident İlham Əliyevin bu sərəncamı təkcə Akademik Musiqili Teatra deyil, “Milli Teatr Günü”nü qeyd etməyə hazırlaşan ölkə teatrlarına böyük tövhəsidir.

Yığıncaqda Azərbaycan Prezidentinə teatr kollektivi adından müraciət qəbul edilib. Müraciəti Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev imzalayıb.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR