Azərbaycan Dövlət Akademik Musiqili Teatrı "Formula 1” həftəsində xüsusi repertuarla çıxış edəcək.
ONA xəbər verir ki, aprel ayının 26-ı saat 19:00-da "Kimdir müqəssir?” (Ə.Haqverdiyev), 27-i saat 19:00-da "Arşın mal alan” (Ü.Hacıbəyli), 28-i saat 19:00-da isə "O olmasın, bu olsun” (Ü.Hacıbəyli) səhnə əsərləri nümayiş olunacaq.
Tamaşaların ingilis dilində tərcüməsi əcnəbi qonaqlara titrlər vasitəsilə göstəriləcək.
Qeyd edək ki, 26-28 aprel tarixlərində Bakıda növbəti "Formula 1 Azərbaycan Qran Prisi – 2019” baş tutacaq.