• MƏDƏNİYYƏT

    18:54 14 mart 2019

Akademik Musiqili Teatrının həftəsonu repertuarı açıqlanıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq.

ONA xəbər verir ki, teatr martın 15-i, saat 19:00-da "Bir dəfə Bağdadda” (E.Sabitoğlu, V.Kolmanovski), 16-ı, saat 14:00-da “O olmasın, bu olsun" (Ü.Hacıbəyli), saat 19:00-da “Qodonun intizarında” (F.Qarayev, S.Bekket), 17-i saat 19:00-da “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva) əsərlərinı nümayiş etdirəcək.

Balaca teatr həvəskarları martın 17-i, saat 12:00-da "Yatmış gözəl və cırtdanlar” (Ş.Pero, səhnələşdirən A.Sadıqov) musiqili nağıl-tamaşasına baxa biləcəklər.

"Bir dəfə Bağdadda” əsəri rusdilli tamaşaçılar üçün nəzərdə tutulub.

Həftəsonu təqdim olunacaq tamaşalarda xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər - Əzizağa Əzizov, Boris Qrafkin, Novruz Qartal, Svetlana Bulax, Şövqi Hüseynov, Nahidə Orucova, Əkbər Əlizadə, Nərgiz Kərimova, aktyorlar – Elxan İsmayılov, Nadir Xasıyev, Firus Məmmədov, Gülnarə Abdullayeva, Gülçöhrə Abdullayeva, Ülviyyə Əliyeva, Rauf Babayev, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Əliməmməd Novruzov, Şaban Cəfərov, Yuliya Heydərova, Nicat Əli, Hüseyn Əlili, Telnaz Hüseynova, Mehriban Zalıyeva, Əmrah Dadaşov, Aydan Həsənova, Güldanə Əzimova, Elməddin Dadaşov, Fərid Rzayev, Eleanora Mehdiyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasıyev, Atəş Qarayev, Nərmin Əliyeva, Rüstəm Rüstəmov, Kəmallədin Məmmədov, Roman Krasnov, Murad Əliyev, Əli Kərimov, Tofiq Həsənov, azyaşlı aktyorlar – Hüseyn Nağıyev, Rahib Məmmədzadə, Xədicə Kərimli ifa edəcəklər.

Teatrsevərlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR