Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram teatrında Bernard Şounun "Milyonçu qadın" pyesinin məşqləri gedir.
ONA xəbər veri ki, tamaşanın premyerası mayın 19-da baş tutacaq.
Premyera Azərbaycanın xalq artisti Natalya Şarovskayanın yubileyinə həsr olunub.
Tamaşada milyonçu qadın obrazını Natalya Şarovskaya yaradacaq. Onunla yanaşı rolları əməkdar artistlər Salman Bayramov və Fuad Osmanov, aktyorlar Oleq Əmirbəyov, Mədinə Mullayeva, Zaur Terequlov, Nadir Abdurəhimbəyov və Fatimə Əliyeva canlandırırlar.
Əsər iradəsiz qadının maliyyə və sevgi macəralarından bəhs edir.
Komediya janrında hazırlanan tamaşanı teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovski hazırlayır. Bədii tərtibatçı əməkdar mədəniyyət işçisi Aleksandr Fedorov, videoinstalyasiyanın müəllifi Cavid İmamverdiyev, xoreoqrafları əməkdar artisti Fuad Osmanov və Raulya Türkkandır. Kostyumları əməkdar mədəniyyət işçisi Olqa Abbasova hazırlayır.
Biletləri teatrın və şəhərin mərkəzləşdirilmiş kassalarında və onlayn rejimdə iticket.az saytında əldə etmək olar.