• MƏDƏNİYYƏT

    23:12 30 aprel 2019

Aktrisa İlahə Həsənova Kazan Film Festivalının “ən yaxşı qadın rolu” mükafatına layiq görülüb

15 ci Beynəlxalq Kazan Film Festivalının “ən yaxşı qadın rolu” mükafatı Azərbaycana gəlir. İlqar Nəcəfin “Nar bağı” filminin baş rol ifaçısı İlahə Həsənova festivalın qalibi olub.

ONA-nın xəbərinə görə, bu, İlahənin “Nar bağı” filminə görə artıq ikinci beynəlxalq mükafatıdır. Bundan əvvəl o, Türkiyədə keçirilən Antakya Beynəlxalq Film Festivlanın “ən yaxşı qadın rolu”na gərə baş mükafatı almışdı.

Bildirilir ki, Vaqif Həsənovun tələbəsi olan İlahə karyerasını Yuğ teatrında başlayıb, indi o, Akademik Dram Teatrının aktrisasıdır.

Bu beynəlxalq uğura qədər “Nar bağı” filmi Minsk (Belarus), Malatya (Türkiyə), Avrasiya (Qazaxıstan), Asiya və Sakit okean hövzəsi ölkələrinin Kino Akademiyasının əsas mükafatlarını qazanıb.

Filmin ssenari müəllifi Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Minnebo, operatoru Ayhan Salar, bəstəkarı Firudin Allahverdidir.

Film “Azərbaycanfilm” və “Buta Film” kino şirkətinin birgə istehsalıdır.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR