• MƏDƏNİYYƏT

    15:12 7 noyabr 2019

Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb

Xalq artisti Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb.

APA-nın xəbərinə görə, məzarüstü abidə "Qurd qapısı" qəbiristanlığında qoyulub.

Qeyd edək ki, Amaliya Pənahova ötən ilin noyabrında 73 yaşında vəfat edib.

A. Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib və onlar hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR