ABŞ-ın Azərbaycandakı səfirliyinin dəvəti ilə ABŞ Dövlət Departamentinin "İncəsənət Elçisi" Proqramı çərçivəsində Azərbaycanda səfərdə olan müğənni-bəstəkar Toni Memmel Xaçmazda konsert proqramı ilə çıxış edib.
ONA-nın şimal bürosunun verdiyi məlumata görə, aprel ayının 13-dək ölkəmizdə olacaq sənətçi bundan öncə Bakıda pulsuz konsert verib. Aprelin 12-də isə Salyanda sənətçi ilə görüş təşkil olunacaq.
Qeyd edək ki, anadangəlmə dirsəkdən aşağı qolunun olmamasına baxmayaraq, Toni Memmel gitarada ifa etməyi təkbaşına öyrənib. O, 2013-cü ildə WAMI (Wiskonsın Bölgəsinin Musiqi Sənayesi) mükafatını qazanaraq, Bon Iver, Les Pol, Kori Çisel və Bo Dins kimi müğənni-bəstəkarlar sırasına qoşulub.
Vəli Turan