“Yazıçılar Birliyinə ayrılan vəsaitin hara xərclənəcəyini hələ müəyyənləşdirməmişik”.
Bu barədə ONA-ya Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar məlumat verib.
Ölkə başçısına imzaladığı sərəncama görə təşəkkürünü bildirən sədr vəsaitin təyinatı ilə bağlı belə deyib: “Sərəncam yeni verilib, hələ müzakirə aparmamışıq. Yəqin ki, vəsaitin hamısı yazıçılara xərclənəcək, ayrı heç yerə xərclənməyəcək”.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 (səkkiz yüz) min manat ayrılıb.