Ancelina Coli və Bred Pitt rəsmi şəkildə boşanıblar.
ONA xəbər verir ki, bu barədə "The Blast" portalı məlumat yayıb. Məhkəmə onların “subaylıq” statuslarının bərpa edilməsi ilə bağlı müraciətlərini aprelin 12-də təsdiqləyib.
Bu qərar keçmiş həyat yoldaşlarına uşaqların qəyyumluğu və mülkiyyətin bölünməsi ilə bağlı razılığa gəlməkdə də imkan yaradacaq.
A.Coli ilə B.Pittin boşanma prosesi üç il çəkib.
Hollivud aktyorları 2014-cü ildə ailə qurublar. Nikah mərasimi Fransadakı qəsrlərində keçib. Birlikdə yaşadıqları dövrdə cütlüyün üç biloloji uşağı olub, üç uşağı isə övladlığa götürüblər.