Türkiyənin Ankara və İstanbul şəhərlərində “Nəsimi ili”nin rəsmi açılış tədbirləri keçiriləcək.
ONA xəbər verir ki, tədbirlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY beynəlxalq təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə təşkil edilib.
Tədbirlər martın 6-da Ankara şəhəri, TÜRKSOY-un iqamətgahında, Ankara Cumhurbaşkanlığı Simfonik Orkestrasının konsert salonunda, martın 7-də isə İstanbul şəhəri, Türkiyə Ədəbiyyat Vəqfinin toplantı salonunda keçiriləcək.
Qeyd edək ki, tədbirlər “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən təşkil olunub.