Ankarada “Əli və Nino”nun qala gecəsi keçirilib
  • MƏDƏNİYYƏT

  • 23:20 25 Aprel 2019

Ankarada “Əli və Nino”nun qala gecəsi keçirilib

Bu gün Ankarada Qurban Səidin əsəri əsasında çəkilən “Əli və Nino” filminin qala gecesi keçirilib.

Filmin nümayişi Azərbaycanın Türkiyədəki səfirliyinin və SOCAR şirkətinin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən hazırlanıb.

ONA-nın Türkiyə bürosundan verilən məlumata görə, qala gecəsinə Turkiyənin Cumhurbaşkanın baş danışmanı Mehmet Akarca, Türkiyənin müdafiə bə təhsil nazirlərinin müavinləri Şuay Alpay, Reha Denemeç, Azərbaycanın Türkiydəki səfiri Xəzər İbrahim, millət vəkilləri, Turkiyə Xarici İşlər Nazirliyinin nümayəndələri və digər tanınmış şəxslər qatılıblar.

Film ingilscə səsləndirilib. 

“Əli və Nino” sadəcə bir ölümsüz aşk hekayəsi deyil, eyni zamanda Azərbaycanın, bölgənin və dünya tarixinin ən önəmli mərhələsinin, Birinci dünya müharibəsi dönəminin ən önəmli sənət əsəri olaraq təqdim edilib.

Azərbaycanın tanınmış aktyoru Fəxrəddin Manafov, Turkiyənin ünĺu aktyori Halid Ergencin rol aldığı filmin rejissoru Asif Kapadia, baş rolların ifaçısı Adam Bakri, Maria Valverdedir.
 

OXŞAR XƏBƏRLƏR