• MƏDƏNİYYƏT

    14:12 27 aprel 2019

Əzim Əzimzadənin xatirə muzeyi təmirdən sonra aprelin 29-da açılacaq

Aprelin 29-da Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı Əzim Əzimzadənin (1880-1943) Bakı şəhərindəki xatirə muzeyi (Dilarə Əliyeva küçəsi 157) təmirdən sonra ziyarətçilərə açıq olacaq.

Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, nazirliyinin köməyi ilə muzey binası yenidən qurulub, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə eksponatların bərpası həyata keçirilib və ekspozisiyaya yeni bədii tərtibat verilib.

Qeyd edək ki, fırça ustasının vaxtilə yaşadığı ev xatirə muzeyi kimi Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə yaradılıb. Mədəniyyət ocağı 1968-ci ildə qapılarını ziyarətçilərə açıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR