• MƏDƏNİYYƏT

    12:53 20 may 2019

Arif Məlikovun heykəlinin yerini, hansı üslubda olacağını komissiya müəyyənləşdirəcək

“SSRİ xalq artisti Arif Məlikovun xatirəsinə ucaldılacaq heykəllə bağlı komissiya yaradılacaq”.

ONA-nın məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

O bildirib ki, bununla bağlı Prezident İlham Əliyev xüsusi tapşırıq verib: “Komissiya heykəlin harada qoyulması, hansı üslubda olmasını müəyyənləşdirəcək. Heykəlin qoyulması bir günün işi deyil, buna zaman lazımdır. Həm heykəltəraşlar, həm memarlarla aparılan müzakirələrdən sonra Komissiya tərəfindən iş yekunlaşdırılacaq və rəhbərliyə təqdim olunacaq”.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR