• MƏDƏNİYYƏT

    15:53 3 aprel 2019

Kukla Teatrında autizmli uşaqlar üçün “Qırmızıpapaq” nümayiş olunacaq

Aprelin 4-də saat 14.00-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Qırmızıpapaq” tamaşası nümayiş olunacaq.

ONA-nın məlumatına görə, tamaşa teatrın tərkibindəki “Oyuq” teatr-studiyası tərəfindən hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadə, səhnələşdirənləri Qurban Məsimov, Səidə Haqverdiyevadır.

Qeyd edək ki, tamaşa "Dünya Autizm Maarifləndirmə ayı" çərçivəsində nümayiş etdirilir. Tədbirin əsas qonaqları da məhz autizm sindromlu uşaq və yeniyetmələr, onların ailə üzvləri olacaq.

Xatırladaq ki, “Oyuq” teatr-studiyası bundan əvvəl autizm sindromlu uşaqlara həsr olunmuş “Əlimdən tut” adlı tamaşa və bu mövzuda sosial çarx hazırlayıb.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR