“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.
ONA xəbər verir ki, İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində keçirilən ikinci yarımfinalda təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə 18-ci nömrə altında səhnəyə çıxıb.
Sonda ifaçıların ifaları dəyərləndirilib. Yekun nəticələrə əsasən, təmsilçimiz Çingiz Mustafayev finalçıların sırasına qoşulub.
Müsabiqənin finalı isə mayın 18-də baş tutacaq.