Bu gün Buxarestdə Rumın Kənd muzeyində Müstəqil Dövlətlər Birliyi ölkələrindən olan ekran əsərlərinin çoxluq təşkil etdiyi “Aripi” (“Qanadlar”) film festivalı keçiriləcək.
ONA xəbər verir ki, festivalda İmam Həsənovun rejissoru olduğu “Müqəddəs inək” sənədli filmi də nümayiş olunacaq.
Qeyd edək ki, Azərbaycan, Almaniya və Rumıniyanın birgə istehsalı olan “Müqəddəs inək” filmi artıq Avropanın bir çox ölkələrində nümayiş olunub və tamaşaçıların rəğbətini qazanıb.