• MƏDƏNİYYƏT

    23:32 14 aprel 2019

Azərbaycan filmi XV Kazan Müsəlman Kinosu Beynəlxalq Festivalında nümayiş olunacaq

Azərbaycanlı rejissorun filmi XV Kazan Müsəlman Kinosu Beynəlxalq Festivalının müsabiqə proqramına daxil edilib.

ONA-nın Rusiya bürosunun verdiyi məlumata görə, rejisssor İlqar Nəcəfin "Nar bağı" filmi tammetrajlı oyun filmləri seksiyasında müsabiqəyə qatılacaq.

Qeyd edək ki, 2005-ci ildən etibarən hər il keçirilən Kazan Müsəlman Kinosu Beynəlxalq Festivalı bu il aprelin 24-dən 30-na kimi təşkil olunacaq. Festivalın müsabiqə proqramında 31 ölkədən 55 film iştirak edəcək.

Fərid Əkbərov

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR