Çinin paytaxtı Pekində keçirilən “Asiya sivilizasiyalarının dialoqu” konfransı çərçivəsində Asiya mədəniyyət karnavalının açılışı olub.
ONA-nın məlumatına görə, Pekindəki məşhur “Quş yuvası” stadionunda keçirilən tədbirdə Çin Xalq Respublikasının Sədri Si Cinpin çıxış edib.
Karnavalda yerli incəsənət ustaları ilə yanaşı, Asiyanın bir neçə ölkəsindən, o cümlədən Azərbaycan, Türkiyə, Rusiya, Tacikistan və digər dövlətlərdən mahnı və rəqs qrupları, musiqiçilər çıxış ediblər.
Azərbaycan Dövlət Rəqs Ansamblının üzvləri “Mənim Azərbaycanım” kompozisiyasını təqdim ediblər.
Mayın 22-dək davam edəcək karnaval Asiya xalqları arasında mədəni mübadilənin təşviqi məqsədini daşıyır.