• MƏDƏNİYYƏT

    14:38 13 mart 2019

İstiqlal Muzeyində “Lalələr” adlı sərgi keçiriləcək

Mart 15-də saat 12:00-da Azərbaycan İstiqlal Muzeyində Novruz bayramı ilə əlaqədar “Lalələr” adlı tədbir-sərgi keçiriləcək.

ONA xəbər verir ki, sərgidə həvəskar rəssamlar Lalə Nəcəfova, Lalə Xanlarova və Elçin Nəcəfovun 80-ə qədər əl işi nümayiş etdiriləcək.

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin mahnı və rəqs ansamblının kollektivinin hazırladığı musiqili bədii hissə nümayiş etdiriləcək.

Tədbirdə şəhid ailələri, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Milli Qvardiyanın əsgərləri, muzeylərin əməkdaşları və digər qonaqlar iştirak edəcəklər.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR