• MƏDƏNİYYƏT

    15:20 8 aprel 2019

“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi hazırlanır 

“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası” layihəsinin hazırlanması məqsədi ilə İşçi Qrup yaradılıb.

ONA xəbər verir ki, İşçi Qrupuna tanınmış kino mütəxəssisləri, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların, dövlət qurumlarının və müstəqil prodüser mərkəzlərinin nümayəndələri daxil edilib.

Konsepsiya ilə bağlı təkliflərini təqdim etmələri məqsədilə ölkədə kinematoqrafiya sahəsində uğurlu fəaliyyət göstərən dövlət və özəl kino istehsalı, eləcə də nümayişi müəssisələrinə, bu sahədəki ictimai təşkilatlara müvafiq məktublar göndərilib.

Hazırda təkliflər onları təqdim etmiş təşkilatların iştirakı ilə İşçi Qrup tərəfindən müzakirə olunur.

Bundan əlavə, konsepsiyanın hazırlanmasında beynəlxalq təcrübənin öyrənilməsi üçün yaradılmış İşçi Qrup Litva və Macarıstanda səfərlərdə olub, bu ölkələrin kino sənayesinin iştirakçıları ilə görüşlər keçirib, kinematoqrafiya sahəsindəki vergi, gömrük və digər imtiyazlarla bağlı təcrübələri təhlil ediblər.

Xatırladaq ki, ölkə Prezidenti bu il martın 1-də “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda Mədəniyyət Nazirliyinə Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası” layihəsinin hazırlanması tapşırılıb.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR