Fevralın 23-də Belqradda azərbaycanlı opera sənətçilərinin iştirakı ilə italyan bəstəkar Cakomo Puççininin "Bogema" operası nümayiş olunub.
ONA xəbər verir ki, tamaşanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, əməkdar artist Əyyub Quliyev idarə edib. Tamaşada “Mimi” obrazını əməkdar artist Afaq Abbasova canlandırıb.
Qeyd edək ki, fevralın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Serbiya Milli Operası arasındakı beynəlxalq mədəni əməkdaşlıq çərçivəsində Belqradda italyan bəstəkar Cüzeppe Verdinin "Trubadur" operasının tamaşası nümayiş olunacaq. Tamaşanı Əyyub Quliyev idarə edəcək.
Martın 16-da isə Bakıda "Trubadur" operası nümayiş olunacaq. Tamaşada Serbiya Milli Operasının aparıcı solisti, Yasmina Trumbetaş Leonora partiyasında çıxış edəcək.