• MƏDƏNİYYƏT

    16:38 1 mart 2019

Azərbaycan prezidenti kinematoqrafiyanın inkişafı ilə bağlı Sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.

ONA-nın məlumatına görə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla, milli kinematoqrafiyanın dövrün tələblərinə uyğun inkişaf etdirilməsinə dair “Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası” layihəsini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 5,0 (beş) milyon manat ayrılıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR