Hesablama Palatası dövlət sifarişi ilə istehsal edilən kinofilmlər üzrə mövcud qaydaların təkmilləşdirilməsini təklif edib.
ONA-nın məlumatına görə, bu, Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə Milli Məclisə təqdim olunan hesabatda əksini tapıb.
Sənəddə qeyd edilib ki, “Kinematoqrafiya haqqında” qanunda müştərək filmlərin çəkilməsi və xarici mütəxəssislərin yerli film istehsalına cəlb edilməsi ilə bağlı yeni müddəaların daxil edilməsi barədə təkliflər verilib.
Nazirlər Kabinetindən isə Hesablama Palatasına verilən müvafiq məlumata görə, dövlət sifarişi ilə filmlərin çəkilişinə dair məsələləri ehtiva edən təlimat hazırlanıb, mədəniyyət naziri tərəfindən təsdiq edilib və hazırda tətbiq olunur. Eyni zamanda “Kinematoqrafiya haqqında” qanun layihəsi hazırlanıb və Milli Məclisə təqdim olunub.