• MƏDƏNİYYƏT

    19:27 16 mart 2019

Bakı Milli Geyim Evi “Ənənədən gələcəyə” dəfiləsini təqdim edib

Martın 15-də Muzey Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Bakı Milli Geyim Evinin “Ənənədən gələcəyə” adlı dəfiləsi keçirilib.

ONA xəbər verir ki, Bakı Milli Geyim evinin 10 illik yubileyinə həsr olunmuş dəfilədə bu illər ərzində hazırlanmış geyimlərlə yanaşı, yeni kolleksiyalar da qonaqlara təqdim edilib.

Bildirilib ki, hər il Novruz bayramından əvvəl Bakı Milli Geyim evi ənənəvi olaraq “Ənənədən gələcəyə” adlı bu layihəni həyata keçirir. Dəfilədə Azərbaycanın bütün bölgələrinə xas olan 30-dən çox qadın, kişi və uşaq geyimləri nümayiş olunub. Geyimlərin hər biri əl işidir və geyim evinin kollektivi tərəfindən hazırlanıb.

Diqqətə çatdırılıb ki, bir neçə ildir bu layihə ilə yanaşı, Bakı Milli Geyim evinin 50-dən çox geyimi ənənəvi olaraq hər il keçirilən Novruz bayramı şənliyində sərgilənir.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR