• MƏDƏNİYYƏT

    17:42 15 aprel 2019

Bakıda 3-cü "İmagine Avro Tolerantlıq" festivalının mətbuat konfransı keçirilib

Bakıda 3-cü "İmagine Avro Tolerantlıq" festivalının mətbuat konfransı keçirilib.

ONA-nın məlumatına görə, Mədəniyyət Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Ramil Abbəkirov bildirib ki, Avropa İttifaqı və Azərbaycan arasında mədəniyyət sahəsində geniş əməkdaşlıq mövcuddur. Son 10 ildə bu əməkdaşlıq daha da dərinləşib.

Onun sözlərinə görə, festival zamanı tolerantlıq və müxtəliflik mövzusunda 30-dan çox sənədli və bədii film təqdim ediləcək.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, builki "İmagine Avro Tolerantlıq" festivalı digərlərindən miqyasına və proqram müxtəlifliyinə görə fərqlənəcək.

O vurğulayıb ki, bu il festival Bakı ilə yanaşı, Gəncədə də keçiriləcək: "Bu il həmçinin festival çərçivəsində ilk dəfə metroda konsert keçiriləcək, mayın əvvəlində UFAZ-da Avropanın gələcəyinə dair konfrans təşkil ediləcək və Avropa Günü qeyd olunacaq”.

Festival çərçivəsində bir fotosərgi, 3 konsert, 5 seminar, 30 film nümayişi baş tutacaq. Fransa, Finlandiya, Latviya, Hollandiya və Belçikanın tanınmış rejissorları öz filmlərini nümayiş etdirəcək və müxtəliflik mövzusunda olan müzakirələrdə iştirak edəcəklər.

Festival Şərq Tərəfdaşlığının 10 illiik yubileyinə həsr olunub və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi , Argentina, Meksika, Kolumbiya, Moldova, İsrail və İsveçrə səfirliklərinin dəstəyi ilə mayın 1-15-də keçiriləcək.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR