16-23 aprel tarixlərində Bakı Fotoqrafiya Evində “Havana – 500 il” adlı foto sərgi keçiriləcək.
ONA xəbər verir ki, Köhnə Havama şəhərinin 500 illiyinə həsr olunan sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Fotoqrafiya Evi və Kuba Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunub.
Sərgidə məşhur kubalı fotoqraf Vladimir Molina Espadanın 30 əsəri nümayiş olunacaq.
Qeyd edək ki, Havana Yeni Dünyanın ən qədim şəhərlərindən biri hesab edilir. 1519-cu ildə Havana sonradan Kubanın paytaxtına çevrilib. 1982-ci ildə şəhərin tarixi hissəsi olan Köhnə Havana UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilib.