"Sentyabrda Bakıda İslam ölkələri əl sənətkarlığı festivalı keçiriləcək".
ONA-nın məlumatına görə, bunu İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Tədqiqat Mərkəzinin (IRCICA) baş katibi Xalid Ərən bildirib.
Onun sözlərinə görə, bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) ilə İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Tədqiqat Mərkəzi (IRCICA) arasında imzalanan memarandumun əsasını festivalın keçirilməsi təşkil edir: "Festival "Nəsimi ili" çərçivəsində baş tutacaq. Bütün dünyadan əl sənətkarlığı ustaları Bakıya gələcək və öz sənətlərini nümayiş etdirəcəklər. Burda fəaliyyətdə olan bütün əl sənətləri yer alacaq. Bundan başqa festivalla əlaqədar əl sənətkarlığı simpoziumu da keçiriləcək. Festivalın sonunda isə sənətkarlar mükafatlandırılacaqlar".