Bakıda Latın festivalı keçiriləcək.
ONA-nın xəbərinə görə, tədbirin təşkili ilə bağlı mətbuat konfransında festivalın Azərbaycanda ilk dəfə keçirildiyi vurğulanıb.
Mayın 30-dan iyunun 9-dək davam edəcək Latın festivalı çərçivəsində canlı konsertlər, milli mətbəxin tanıdılması, moda və incəsənət tədbirləri keçiriləcək.
9 gün davam edəcək festival çərçivəsində mayın 30-da və iyunun 5-də 17:00-da İçərişəhər metro stansiyasında konsert olacaq. İyunun 4, 5 və 6-da isə "Yarat" incəsənət mərkəzində masterklasslar təşkil ediləcək. Bu materkasslarda Latın Amerikası ölkələrindən olan musiqiçilər iştirakçılara latın mədəniyyətinin incəlikləri barədə məlumat verəcək. Masterkasslara giriş sərbəst olacaq. İyunun 7, 8, 9-da isə "Mambo Beach"də konsert proqramları təşkil olunacaq.
Festivala Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi dəstək verir.