Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Milli Kino Günü və Azərbaycan kinosunun 121 illiyinə həsr olunan tədbir keçirilib.
ONA-nın məlumatına görə, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev tədbirdə çıxış edərək nazir Əbülfəs Qarayevin təbrikini kino xadimlərinə çatdırıb.
Nazir müavini Azərbaycan kinosunun qazandığı uğurlar barədə danışıb. Daha sonra bir qrup kino xadimi mükafatlandırılıb.
Sonda isə gənc rejissorlar Kamal Yaşarın "Dan Yeli", Pərviz Həsənovun "Soraq" və Orxan Ağazadənin "Oturacaqlar" filmləri nümayiş olunub.