• MƏDƏNİYYƏT

    12:29 23 mart 2019

Bakıda Novruz şənlikləri davam edir

Novruz bayramı ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram günləri ərzində paytaxt Bakı şəhərində müxtəlif kütləvi tədbirlər və konsert proqramları davam etdirilir. ONA-nın Bakı Şəhər İcra Hakimiyyətinə istinadən verdiyi məlumata görə, əvvəlki illərdən fərqli olaraq paytaxtın rayonlarında əsas meydanlardan əlavə olaraq bir çox qəsəbə və yaşayış məntəqələrində, məhəllələrdə də bayram tədbirləri keçirilir.

Paytaxtda təşkil edilmiş Novruz bayramı tədbirləri çərçivəsində mərkəz ərazilərdə keçirilən kütləvi tədbir və konsert proqramları gündəlik davam edir, Bakı şəhərinin rayonlarında isə tədbirlər qrafikə uyğun təşkil edilir.

Tədbirlər çərçivəsində bayram şənlikləri və konsertlər Səbail rayonu Abbasqulu Abbaszadə küçəsi 19, 21, 23, 25 ünvanlarındakı məhəllədə və Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 49, 51, 53 ünvanlarındakı həyətlərdə təşkil olunub.

Bayram tədbirləri həmçinin paytaxtın digər məhəllələrində də keçiriləcək.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR