"Bu gün Türkiyə Böyük Millət Məclisinin 99-cu il dönümünü qeyd edirik. Məclis 1920-ci il aprelin 23-də Ankarada açıldı və daha sonra bu tarix türk uşaqlarına hədiyyə edildi".
ONA xəbər verir ki, bunu Türkiyənin 23 aprel Milli Suverenlik və Uşaq Bayramı Günü ilə bağlı keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
O bildirib ki, bu bayram demokratiya baxımından çox önəmli bir gündür: “Millətin öz iradəsinə sahib çıxdığı tarixdir. O tarixdən etibarən qurtuluş savaşı 29 oktyabr 1923-cü il tarixində cümhuriyyətin elanı ilə nəticələndi. Millət Məclisimiz o zamandan bəri millətimizin taleyini həll edən ən yüksək orqandır".
Səfir bayram münasibətilə Azərbaycan və Türkiyə uşaqlarını təbrik edib.