• MƏDƏNİYYƏT

    18:05 4 aprel 2019

Bakıda “World Harmony” adlı Beynəlxalq Müsabiqə başlayıb

Aprel 3-də Bakıda “World Harmony” adlı klassik və folklor musiqisi üzrə gənc ifaçıların Beynəlxalq Müsabiqəsi start götürüb.

ONA xəbər verir ki, müsabiqə MDB iştirakçı dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Müsabiqə instrumental solo – fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri; vokal (akademik, milli, estrada); rəqs və instrumental ansambllar (klassik və milli) vokal ansambllar (akademik, milli və estrada), xor və rəqs kollektivləri nominasiyaları üzrə təşkil ediləcək.

Yarışmaya beş yaş qrupu üzrə Azərbaycan, Almaniya, Belorus, Rusiya Gürcüstan Qazaxıstan, Macarıstan, Litva, Özbəkistan və Ukraynadan 300 dən yuxarı solo ifaçı, 6 xor, 2 rəqs kollektivi, 19 qarışıq tərkibli ansambl qatılıb.

Müsabiqənin münsiflər heyətini Azərbaycan daxil olmaqla Belarus, Fransa, Gürcüstan, İsrail, Qazaxıstan, Litva, Macarıstan, Monako, Rusiya, Özbəkistan kimi ölkələrdən dəvət olunmuş mütəxəssislər təşkil edir.

“World Harmony” adlı klassik və folklor musiqisi üzrə gənc ifaçıların Beynəlxalq Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və qala konserti aprelin 7-i, saat 14:00-da M. Maqomayev adına Azərbaycan Akademik Dövlət Filarmoniyasında olacaq.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR